TL Manat , Rubl Manat, Dollar Manat
No Result
View All Result
  • Giriş
  • Ana Səhifə
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
  • Dünya
  • İqtisadiyyat
  • Biznes
  • Birja
  • Kriptovalyuta
  • TL Kaç Manat
Subscribe
manat.live
  • Ana Səhifə
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
  • Dünya
  • İqtisadiyyat
  • Biznes
  • Birja
  • Kriptovalyuta
  • TL Kaç Manat
No Result
View All Result
manat.live
No Result
View All Result
Home İqtisadiyyat

Azərbaycan Manatının Tarixi

Azərbaycan manatı nədir ? Azərbaycan manatının tarixi , manat haqqında

by admin
Sentyabr 16, 2022
in İqtisadiyyat
0
azerbaycan manat tarix

azerbaycan manat tarix

155
SHARES
1.9k
VIEWS
Share on FacebookShare on Twitter

                      Azərbaycan Manatının Tarixi

Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi.

Azərbaycan Manatının tarixi

İlk buraxılış

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu.

Yeni nəsil pul nişanları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

  • Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
  • Əsginazlar: 1, 5, 10, 20, 50, 100, 200 manat

Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.

Əsginaslar

1 manat

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əsginas 120×70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

1 Manatlıq əsginazın üz tərəfi 1 manatlıq əsginazın arxa tərəfi

 

5 manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginas 127×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

5 manatlıq əsginazın üz tərəfi 5 manatlıq əsginazın arxa tərəfi

10 manat

Tarix mövzusuna həsr olunmuşdur.

Əsginas 134×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

10 manatlıq əsginazın üz tərəfi 10 manatlıq əsginazın arxa tərəfi

 

Yenilənmiş – 10 manat

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.

Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əsginas 141×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi – qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı bülbül” təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

20 manatlıq əsginazın üz tərəfi 20 Manatlıq əsginazın arxa tərəfi

 

50 manat

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əsginas 148×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

50 manatlıq əsginazın üz tərəfi 50 Manatlıq əsginazın arxa tərəfi

 

100 manat

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əsginas 155×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

100 manatlıq əsginazın üz tərəfi 100 Manatlıq əsginazın arxa tərəfi

 

200 manat

Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir.

 

200 manatlıq əsginazın üz tərəfi 200 Manatlıq əsginazın arxa tərəfi

 

Qəpiklər

1 qəpik

AZE-1g-2006.jpg

3 qəpik

AZE-3g-2006.jpg

5 qəpik

AZE-5g-2006.jpg

10 qəpik

AZE-10g-2006.jpg

20 qəpik

AZE-20g-2006.jpg

50 qəpik

AZE-50g-2006.jpg

Azərbaycan manatının tədavül tarixi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu “Educational Coin Company” şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır . Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır 

Tags: köhnə manatmanatyeni manat
  • Trenddə olanlar
  • Şərhlər
  • Ən son
Kripto valyuta almaq

Kriptovalyutanı necə və haradan almaq olar?

Sentyabr 16, 2022

İqtisadiyyat Nədir ?

Sentyabr 19, 2022
azerbaycan manat tarix

Azərbaycan Manatının Tarixi

Sentyabr 16, 2022

2022-ci ildə almaq üçün ən yaxşı 12 kriptovalyuta

Sentyabr 16, 2022

İqtisadiyyat Nədir ?

0
azerbaycan manat tarix

Azərbaycan Manatının Tarixi

0
Kripto valyuta almaq

Kriptovalyutanı necə və haradan almaq olar?

0

2022-ci ildə almaq üçün ən yaxşı 12 kriptovalyuta

0

Daşınmaz əmlaka görə ödənilən – ƏDV Necə Geri Qaytarılacaq?

Sentyabr 30, 2022
Kripto analizləri

Kripto analizləri

Sentyabr 30, 2022
ƏDV geri qaytarma

ƏDV necə geriyə qaytarılır

Sentyabr 27, 2022

TL Kaç Manat 27.09.2022 ( 27 sentyabr )

Sentyabr 27, 2022

© 2022 Manat.Live -Iqtisadiyyat , Biznes , Kripto Manat.live.

Sayt Naviqasiyası

  • Reklam Ver
  • Əlaqə
  • TL Kaç Manat
  • TL Çevir Manat

Bizi İzləyin

No Result
View All Result
  • Advertisement
  • Contact Us
  • Homepages
    • Home 1
    • Home 2
    • Home 3
    • Home 4
    • Home 5
  • Dünya
  • İqtisadiyyat
  • Biznes
  • Şərhlər
  • Birja
  • Kriptovalyuta
  • Əmlak

© 2022 Manat.Live -Iqtisadiyyat , Biznes , Kripto Manat.live.

Xoş gəldiniz

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In